Qarşıdakı 10 günün hava proqnozu açıqlandı: qar, çovğun, külək… XƏBƏRDARLIQ | Icma.az
Moderator.az saytına istinadən Icma.az xəbər verir. Ölkə üzrə hava şəraitində sabahdan başlayaraq ciddi dəyişikliklər gözlənilir.
Moderator.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, qarşıdakı 10 gün ərzində həm Bakıda, həm də bölgələrdə hava kəskin dəyişəcək, bir sıra günlərdə yağıntıların intensivləşməsi, dağlıq ərazilərdə isə qar və çovğun müşahidə olunacaq.
Bakıda hava: yağış, güclü külək, sulu qar ehtimalı Paytaxtda növbəti günlərdə temperatur tədricən aşağı düşəcək.
Gecə saatlarında +5…+8°C, gündüz isə +9…+13°C arasında dəyişəcək. Şimal-qərb küləyi bəzi günlərdə güclənəcək.
Həftənin ortalarından etibarən yağış intensivləşəcək, yüksək rütubət fonunda bəzi ərazilərdə sulu qar ehtimalı da var.
Küləyin sürətinin arabir 20–25 m/s-dək çatacağı gözlənilir. Regionlarda hava: qar və çovğun gəlir Ölkənin şimal və qərb rayonlarında yağıntı
Dağlıq və dağətəyi zonalarda havanın temperaturu mənfi göstəricilərə düşəcək və qar yağacaq.
Qusar, Quba, Şamaxı, Kəlbəcər-Laçın istiqamətlərində çovğun, duman və yollarda buzlanma gözlənilir.
Tam oxu
Xəbəri oxu