Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan II Liqasında mübarizə aparan “Şəmkir” klubuna yeni baş məşqçi təyin olunan Vüqar Nadirov keçidini dəyərləndirib.
Gənc məşqçi bu barədə Fanat.Az-a açıqlama verib: "Şəmkir"dən təklif gələndə çox götür-qoy etmədim. Orada mənə yaxın olan insanlar var.
Ümumiyyətlə, "Şəmkir" Azərbaycanın ən köklü klublarındandır. Rəhbərlik, azarkeşlər, komanda baxımından hər şey qaydasındadır.
Düzdür, müəyyən çatışmazlıqlar var. Onları aradan qaldırmağa çalışacağıq. “Şəmkir”ə iş görməyə gəlmişəm.
Məqsəd komandanı yenidən dirçəltmək və küskün azarkeşləri tribunalara qaytarmaqdır. Hiss edirəm ki, futbol üçün alışıb-yanırlar.
Şəmkir futbol şəhəridir”. Nadirov komanda ilə bağlı planlarını açıqlayıb: "Qarşıma hələlik konkret məqsəd qoyulmayıb.
Amma məşqçi kimi maksimuma çalışıram. Qış fasiləsinə kimi qarşıdakı 4 oyunda da maksimum nəticə qazanmaq istəyirəm.