“Qarşıdakı görüşdə sona qədər vuruşacağımıza inanırıq” Abdullayev

14.11.2024

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Avropa çempionatının seçmə mərhələsində 7-ci qrupun I turu çərçivəsində İslandiya yığması (0:2) ilə keçirilən oyunla bağlı fikirlərini bölüşüb:

“Yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. Matçın əvvəlində bir neçə səhvə yol verdik və qol buraxdıq. İkinci hissədə təşəbbüs tamamilə bizim tərəfimizdə idi. Rəqibin gücünə baxmayaraq, qol imkanlarında onları xeyli üstələyirdik. Məğlubiyyətin əsas səbəbini yaranan şansları qola çevirməməyimizdə görürəm. İki qol buraxsaq da, vəziyyəti dəyişə bilərdik. Lakin yetərincə qol imkanlarını dəyərləndirə bilmədik”.

Baş məşqçi qarşıdakı matça 3 xal qazanmaq üçün çıxacaqlarını söyləyib:

“Növbəti rəqibimiz İrlandiya millisidir. Birinci oyunda uduzmağımıza baxmayaraq, hələ də şanslarımız qalır. Qarşıdakı görüşdə sona qədər vuruşacağımıza inanırıq. Üç xal bizim üçün çox önəmlidir və meydana məhz bu məqsədlə çıxacağıq”.

Qeyd edək ki, U-19 millimizin İrlandiya ilə oyunu noyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda keçiriləcək.

Əsas xəbərlər, Ölkə futbolu AFFA prezidenti Ronaldinyo ilə görüşdü

14 Noyabr 2024, 8:38

Əsas xəbərlər, Ölkə futbolu Millimizin baş məşqçisi məğlubiyyəti belə şərh etdi

13 Noyabr 2024, 18:44

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan – Estoniya: hakimlər bilindi

13 Noyabr 2024, 10:21

Əsas xəbərlər, Manşet, PRESSinq COP29 və “FIFA Elxan” məsələsi

13 Noyabr 2024, 8:04

Əsas xəbərlər, Ölkə futbolu “Belə turnirdə qazanılacaq hər xal önəmlidir”

12 Noyabr 2024, 11:44

Əsas xəbərlər, Ölkə futbolu Millinin baş məşqçisi: “Bura elə-belə gəlməmişik”

11 Noyabr 2024, 14:03

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью