Qarşıdakı günlərdə hava sabit keçəcək, 41 dərəcəyədək isti olacaq

21.08.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək.

APA-nın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью