Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. "Rusiya-Ukrayna münaqişəsi elə bir həddə çatıb ki, artıq qarşıdakı mərhələdə nələrin
Hətta bu həm Rusiya, həm də Ukrayna tərəfindən belədir. Yəni döyüş meydanında nələrin baş verəcəyini hələ ki, nə özləri bilir, nə də kənar q
Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Rusiya sülhlə bağlı addımlar atmaq istəyir, amma nəticəsi olmur: "Bunun da səbəbi ondan ibarətdir ki, tərəflər bir-biri ilə danışmaq istəmir.
Rusiya zahirən deyir ki, bəli, biz sülh istəyirik və s., amma faktiki olaraq Ukrayna prezidentini qeyri-legitim hesab edir və bildirir ki, əvvəlcə seçki olmalıdır, sonra danışıq aparıla bilər.
Bu isə faktiki olaraq danışıqlar prosesinin uzanması ehtimalını yaradır və müharibənin davam etməsinə zəmin yaradır.
Ukrayna isə mövcud vəziyyətlə bağlı olaraq seçki keçirmir və deyir ki, biz ərazilərimizi qaytarmalıyıq, nə olursa olsun, hansı vasitə olursa olsun.
Mövcud vəziyyətdə, tərəflərə hər nə qədər təzyiqlər olsa da, onları danışıqlar masasına dəvət etsələr də, görünür ki, nə Rusiya, nə də Ukrayna bunu istəmir.