Missiya.az saytına istinadən Icma.az xəbər verir.
“Bu gün ölkəmizdə sabitlik var və düşünürəm ki, Gürcüstanda sabit mühiti qoruyub saxlayacağıq. Bu isə ölkənin inkişafının açarıdır”.
Missiya.Az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze "TRT World"a müsahibəsində deyib.
Onun sözlərinə görə, son bir neçə il ərzində ölkə çoxsaylı çağırışlarla üz-üzə qalıb, xüsusilə də 2020-ci il parlament seçkilərindən sonra.
Kobaxidze qeyd edib ki, qarşıdakı üç il ərzində Gürcüstanda seçkilər keçirilməyəcək.
“Ölkədə çevrilişə cəhdin beş müxtəlif forması ilə qarşılaşdıq, lakin indi vəziyyət tamamilə sabitdir və bizim ardıcıl siyasətimiz nəticəsində situasiyanı stabilləşdirməyə nail olduq. Müxalifət isə son illərdə atılan addımlar səbəbindən ciddi şəkildə zəifləyib”, - deyə siyasətçi vurğulayıb.
Kobaxidze bildirib ki, son illərdə biz iqtisadi inkişafın çox yüksək templərini nümayiş etdirdik və indi diqqətimizi tam şəkildə buna yönəltmişik.
Daşqın Həsənov
Missiya.Az