Qarşılaşma bərabər və gərgin mübarizə şəraitində keçdi Jorj Kaşkilya

23.01.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Misli Premyer Liqasında XVII turun oyunları start götürəcək.

Fanat.Az xəbər verir ki, "Araz-Naxçıvan"ın ukraynalı baş məşqçisi Andrey Demçenkonun debütü Qubada reallaşıb.  Muxtar Respublika təmsilçisi səfərdə "İmişli" ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Meydan sahiblərinin çalışdırıcısı Jorj Kaşkilya “Araz”la oyundan sonra təəssüratlarını jurnalistlərlə bölüşüb:

“Təbii ki, nəticəyə görə müəyyən məyusluq var. Çünki meydanda yaxşı oyun nümayiş etdirdik və göstərdiyimiz performansa uyğun olaraq nəticə daha fərqli ola bilərdi. Qarşılaşma çətin idi və gözlədiyimiz kimi də ağır keçdi.

“Araz Naxçıvan” komandasının yeni baş məşqçisi var və onun bu oyunda özünü ən yaxşı tərəfdən göstərmək baxımından yüksək motivasiyalı olduğu hiss olunurdu. Məşqçi dəyişiklikindən sonra rəqibin çıxışını analiz etmişdik və onların qarşıya qoyduğu məqsədlərin böyük olduğunu bilirdik. Gələcəkdə Avropa arenasında çıxış etməyi hədəfləyən bir komandaya qarşı oynadığımızın fərqində idik.

Bu səbəbdən bizi çətin oyun gözlədiyini anlayırdıq və meydanda da məhz belə oldu. Qarşılaşma bərabər və gərgin mübarizə şəraitində keçdi, hər iki komanda sona qədər mübarizə apardı. Qolların hamısının standart vəziyyətlərdən vurulması da oyunun nə qədər incə detallar üzərində getdiyini göstərir. Dörd standart vəziyyət, dörd qol.

Əlbəttə, 90+ dəqiqələrdə qol buraxmaq məyusedicidir. Çünki bu oyunda qələbəyə daha yaxın tərəf biz idik və meydanı qalib kimi tərk etməliydik. Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı”.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью