Qarşılıqlı əməkdaşlıq istiqamətləri | Icma.az
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan-Türkiyə və Pakistan arasında əlaqələr qarşılıqlı hörmət, bərabərlik və mədəni yaxınlıq prinsipləri üzərində inkişaf edir.
28 May 2025-ci il Laçın şəhərində baş tutan Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli Zirvə görüşü təkcə diplomatik əhəmiyyət daşımır, eyni zamanda tarixi və mənəvi dəyərlərlə zəngin olan bir hadisə kimi tarixə düşdü.
Azərbaycan, Türkiyə və Pakistan – bu üç dost və qardaş dövlətin həmrəyliyi, hərbi, siyasi və mənəvi baxımdan bir-birinə arxa durması, bölgənin gələcəyinə yön verən əsas amillərdən birinə çevrilib.
Laçının 30 il işğaldan sonra azad olunması və burada qardaş ölkələrin liderlərinin bir araya gəlməsi mühüm simvolik məna daşıyır.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub.
2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən, Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk.
Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.
Tam oxu
Xəbəri oxu