Qarşılıqlı səfərlər hədəflərə yüksək səviyyədə nail olmağa təkan verir | Icma.az
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Samir Qocayev, YAP Goranboy rayon təşkilatının sədri Xarici siyasətini bütün dövlətlərdə qarşılıqlı hörmət və etimad prinsipləri əsasında quran Azərbaycanın qonşu Gürcüstanla strateji əməkdaşlığı bölgədə sabitliyin təminatına ən etibarlı töhfədir.
Ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılmasında, Şərq-Qərb dəhlizi üzrə yüklərin daşınmasında ən önəmli tərəfdaş, tranzit bölgə kimi xüsusi əhəmiyyət daşıyan hər iki ölkənin tarixi köklərə, zəngin ənənələrə malik əlaqələri daha da təkmilləşir.
Rəsmi Bakı ilə Tbilisinin birgə səyi ilə reallaşan beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra daha da möhkəmlənən əlaqələrimiz hazırda bütün sahələrdə uğurla inkişaf edir.
Aprelin 15-də Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı.
Möhkəm təməllərə əsaslanan, zamanla daha da inkişaf edən dövlətlərarası münasibətlər XXI əsrin ən qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasına münbit şərait yaradıb.
Hər iki ölkənin milli maraqlarına, dövlətçilik mənafeyinə uyğun siyasi, iqtisadi, sosial məsələlərin, imzalanan sənədlərdə göstərilən prioritetlərin icrasında göstərilən birgə səylər münasibətləri daha da möhkəmləndirir.
Əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin say tərkibinə diqqət yetirmək kifayətdir.
Tam oxu
Xəbəri oxu