Qarşımda mafya var, aktrisalıq da edə bilmirəm

06.08.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədə "Kadın" serialı ilə uşaq yaşda tanınan aktrisa Kübra Süzgün aldığı təhdidlər barədə danışıb.

Axşam.az xəbər verir ki, son günlər aktrisa Özge Özpirinçcini hədəf alan açıqlamaları ilə gündəmə gələn Süzgün "Gece Muhabiri" proqramına açıqlama verib. O, yaşadığı qorxunu dilə gətirərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğandan kömək istəyib.

Gənc aktrisa bildirib ki, təhdidlər səbəbindən həm gündəlik həyatında, həm də peşəsində çətinlik yaşayır:

"Mənə kömək edin. Gecələr yata bilmirəm. Təhdidlər alıram. Sizdən bir aktrisa kimi deyil, bir qız uşağı kimi kömək istəyirəm. Qorxuram və sənətimə geri dönə bilmirəm. Ədalət istəyirəm".

Kübra Süzgün qarşısında təhlükə olduğunu düşündüyünü də qeyd edib:

"Qarşımda bir mafya var. Mən necə aktrisalıq edim? Setə necə gedim? Qarşımı kəsə bilərlər".

Qeyd edək ki, bir neçə gün əvvəl “Kadın” serialında “Nisan” obrazını canlandıran Kübra Süzgün yayımladığı videoda göz yaşları içində Özge Özpirinçciyə və onun tövsiyə etdiyi vəkillə bağlı ciddi ittihamlar səsləndirmişdi. Gənc aktrisa özünün və ailəsinin uzun illərdir çətin vəziyyətlə üzləşdiyini iddia edib. Hazırda tərəflər arasında məsələ hüquqi müstəvidə davam edir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью