Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Real”ın futbolçusu Kilian Mbappe açıqlama verib.
Futbolpress.az xəbər verir ki, fransalı hücumçu yeni mövsümdəki hədəflərindən danışıb:
“Yeni baş məşqçimiz var. O, çoxlu titullar qazanan biridir və hələ də uğura ac kimidir. Qarşımızda konkret hədəflər var: bütün kuboku qazanmaq”.
“Real” ötən mövsüm La Liqada gümüş medalla kifayətlənib.
Mbappe 2024-cü ildən klubdadır. O, komandada 65 oyunda 56 qola imza atıb.