Qarşısını görmədən əks yola çıxıb ötmə edən sürücü təhlükə yaratdı VİDEO

27.01.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Xırdalanda yol hərəkəti qaydalarına əməl etməyən sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 23-də, Həsən Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 77-HA-138 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü qarşıdan avtomobillərin gəldiyinə əmin olmadan əks istiqamətə çıxıb. Ötmə edən zaman görüntünü qeydə alan maşının önünə çıxaraq onu sıxışdırıb və təhlükə yaradıb.

"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, sürücü ötməzdən əvvəl əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью