Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xətai rayonu, M.Hadi küçəsində paytaxt sakini olan bir nəfərin mobil telefonu talama yolu ilə əlindən alınıb.
Lent.az xəbər verir ki, bu barədə zərərçəkən şəxsin polisə şikayəti daxil olub.
Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Bakı sakinləri 21 yaşlı Surxay Əliyev və həmyaşıdı Mirvəli Seyidov saxlanılıblar.
Cinayət anı təhlükəsizlik kameralarına düşüb.
Araşdırma aparılır.