Qartallar kimyaçılara qarşı

30.11.2024

Icma.az bildirir, sport24.az portalına istinadən.

Premyer liqanın ikinci oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "Sumqayıt"ı qəbul edir.

Dünən "Sabah"ın qələbə qazanmasından sonra Rəşad Sadıqovun komandası turnir cədvəlində beşinci pilləyə enib. Son 3 oyununda uduzan "qartallar" bu gün qələbə qazanmaqla yenidən dördüncü pillədə qayıda bilər.

"Sumqayıt" 3 xal qazanacağı halda isə "Zirə" ilə xal fərqini minimuma endirəcək. Vaqif Cavadovun gəlişindən sonra "kimyaçılar" keçirdiyi 5 qarşılaşmadan 3-də qələə qazanıb. 

Qeyd edək ki, tura sabah keçiriləcək "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Misli Premyer liqası

II dövrə, XV tur

17:00. "Zirə" - "Sumqayıt"

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elman Musayev
Zirə. İdman Kompleksinin stadionu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью