Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasında 7-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə daha 2 qarşılaşma baş tutacaq.
Günün ilk görüşü Zirədə keçiriləcək. Qəsəbənin eyniadlı təmsilçisi "Şamaxı"nı qəbul edir. 6 turdan sonra aktivində 10 xal olan "qartallar" tunir cədvəlinin 5-ci, "şirlər" isə 9 xalla 7-ci pilləsində qərarlaşıb. "Kəpəz" isə dünən qələbə qazanmaqla "Zirə" ilə xallarını bərabərləşdirib. Heç şübhəsiz ki, Rəşad Sadıqovun komandası ən yaxın izləyicilərindən uzaqlaşmaq və xal ehtiyatını artırmaq üçün bu oyunda yalnız qələbəyə oynayacaq. Yeri gəlmişkən Azər Bağırovun "şirlər"i Zirdədən qələbə ilə ayrılacağı təqdirdə "Şəfa" - "Turan Tovuz" matçının nəticəsindən asılı olaraq 4-cü pilləyə də yüksələ bilər.
Qeyd edək ki, turun dünən keçirilən görüşlərində "Neftçi" - "Sabah" matçında (0:0) qapılara qol vurulmayıbsa, "Kəpəz" səfərdə "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məyus edib.
Misli Premyer Liqası
I dövrə, VII tur
17:00. "Zirə" - "Şamaxı"
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov
VAR: Əkbər Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Zirə. İdman Kompleksinin stadionu.