Qaşim Maqomedov Astanada Qran prinin finalında çıxış edəcək

26.11.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “World Taekwondo Grand Prix” finalında çıxış edəcək.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 58 kq çəki dərəcəsində dayanq üzərinə çıxacaq.

İdmançı böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçisi Ayxan Tağızadənin rəhbərliyi altında yarışda mübarizə aparacaq.

Qeyd edək ki, turnir noyabrın 27-dən 29-dək davam edəcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью