Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
İranda etiraz aksiyaları zamanı Qəzvin şəhərində nümayişçilər tərəfindən yandırılan SEPAH-ın Qüds qanadının öldürülmüş komandanı Qasım Süleymaninin heykəli bərpa olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Paylaşılan videolarda heykəlin əvvəlki yerində yenidən qurulduğu görünür.
Qeyd edək ki, Qasım Süleymaninin heykəli ölkə boyu keçirilən etiraz aksiyaları zamanı rejimə qarşı simvolik hədəflərdən birinə çevrilmiş və nümayişçilər tərəfindən atəşə verilmişdi.
Safura Bənnayeva
Globalinfo.az