Qasım Süleymaniyə görə 1100dən çox ağac kəsildi

08.01.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Tehranın Çitgər gölü ətrafında yaşıllıq zolağı məhv edilib və burada olan uzunömürlü 1131 ağac kəsilib.

Axar.az xəbər verir ki, bu barədə azərbaycanlı jurnalist Yaşar Sultani məlumat yayıb.

“8.2 hektar ərazidə olan ağaclar Qasım Süleymaninin abidəsinin qoyulması məqsədilə məhv edilib”, - jurnalist bildirib.

Qeyd edək ki, Qüds qüvvələrinin komandanı Qasım süleymani 3 yanvar 2020-ci ildə Bağdadda ABŞ-ın endirdiyi zərbə nəticəsində öldürülmüşdü.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью