“Qasımbəyli” qum çınqıl yatağı hərraca çıxarılıb

18.07.2025

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yer təkindən istifadə ilə bağlı avqustun 28-də keçirəcəyi hərraca 1 faydalı qazıntı yatağı çıxarılıb.
Reyting.az
xəbər verir ki, start qiyməti 58 000 manat olan Ağsu rayonundakı “Qasımbəyli” qum-çınqıl yatağına sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 21 avqust 2025-ci il saat 18:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq.
Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% beh ödəmək istəyənlər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər.
Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində keçiriləcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью