Qasırğa stadionu yararsız vəziyyətə saldı

02.02.2026

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Leyriya” futbol klubunun stadionu yararsız hala düşüb.

"Football-plus.az" xəbər verir ki, buna Portuqaliyada “Kristin” qasırğası səbəb olub. “Maqalyanis Pessoa” adlı arena 2004-cü ildə keçirilən Avropa çempionatı üçün inşa edilib. Stadion qitə çempionatının ən gözəl arenalarından biri olub. Güclü külək nəticəsində stadionun ətraf konstruksiyalarının bir hissəsi dağılıb, ən ciddi ziyan isə onun damına dəyib.
Portuqaliyanın 2-ci liqasında mübarizə aparan “Leyriya”nın “Pasuş de Ferreyra” ilə oyunu təxirə salınıb. 
Qeyd edək ki, stadionun tamaşaçı tutumu 23888 nəfərlik olsa da, 5478 yer də artırmaq mümkündü.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью