Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Araşdırmalar göstərir ki, bu il ABŞ-də yaranmış dağıdıcı qasırğalar “iPhone” kimi smartfonlar da daxil olmaqla, müasir texnologiyalarla əlaqəli ola bilər.
Redaktor.az-ın məlumatına görə, materialda qeyd olunub ki, mobil cihazların istehsalı və istismarı nəticəsində hər il atmosferə 580 milyon ton karbon qazı buraxılır.
Bu da öz növbəsində bütün aviasiya sənayesinin emissiyalarından çoxdur.
Bu emissiyalar okeanları qızdıraraq, “Milton” qasırğası kimi güclü fırtınalar əmələ gətirir.
Alimlərin fikrincə, smartfon istehsalının hər bir mərhələsi - xammalın çıxarılmasından tutmuş utilizasiyaya qədər böyük enerji xərcləri tələb edir ki, bu da böyük istixana qazları emissiyası ilə müşayiət olunur.
Bir telefonun istehsalı zamanı təxminən 180 funt karbon qazı atmosferə buraxılır.
Halbuki, 180 funt karbon altı ay ərzində avtomobil sürən zaman meydana gəlir.