Qaslidən tarixi uğur: İtaliya Qran prisində poul qazandı

06.09.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Alpin”in fransalı pilotu Pyer Qasli “Formula-1” üzrə İtaliya Qran-prisinin təsnifat mərhələsində ən yaxşı nəticəni göstərib.

İdman.Biz xəbər verir ki, Montsa avtodromunda keçirilən sıralama turunda Qasli karyerasında ilk dəfə İtaliya Qran-prisinin poul sahibi olub.

“Mersedes”in britaniyalı pilotu Corc Rassell ikinci, “Maklaren”dən Oskar Piastri isə üçüncü yeri tutub. Çempionatın lideri Kimi Antonelli (“Mersedes”) yeddinci olub.

Qeyd edək ki, əsas yarış sentyabrın 6-da Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью