sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini Çempionlar Liqasında bu gün "Real"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
"Bizim üçün vacib çağırışdır. Tarixi oyun olacaq, azarkeşlərimiz üçün böyük matçdır. Əla formadayıq və A Seriyasında liderliyə yüksəlmişik. Azarkeşlərin məmnun olduğunu düşünürəm. Lakin bu axşam əvvəlki qələbələrimizi unudub, daha yaxşısını etmək vaxtıdır".
"Atalanta" – "Real" oyunu saat 00:00-da start götürəcək.