Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Əgər qastrit və tonzillitiniz varsa, limondan çəkinmək lazımdır".
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Olqa Çistik məlumat verib.
Onun sözlərinə görə, qastrit, xora, reflüks, tonzillit kimi xəstəlikləri olan, eləcə də diş həssaslığı və allergik reaksiyaları olan insanlar limondan çəkinməlidirlər.
Qastroenteroloq həmçinin hamilə və əmizdirən qadınların, üç yaşınadək uşaqlar və mədəaltı vəzi problemləri diaqnozu qoyulmuş insanların limon istehlakını məhdudlaşdırmalı olduqlarını da qeyd edib.
Həmidə İbrahimova