Qastrit zamanı hansı qidalardan imtina etməliyik?

30.04.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mədə yanması, köp və həzmsizlik kimi şikayətlərə səbəb olan qastrit müasir dövrdə ən geniş yayılmış sağlamlıq problemlərindən birinə çevrilib. Bəs qastrit diaqnozu qoyulan hər xəstə eyni qidalanma proqramına əməl etməlidirmi?  "Mədə üçün qəti qadağalar siyahısı” nə qədər doğrudur?
Demokrat.az xəbər verir ki, qastroenteroloq prof. dr. Vedat Göral bu suallara cavab verərək ənənəvi fikirləri dəyişən açıqlamalar verib.
O bildirib ki, qastritin müalicəsində hər kəs üçün keçərli “möcüzəvi bir pəhriz” yoxdur. 
Qastritdə qadağan olunmalı qidalar varmı?
Qastritdə hamı üçün tam qadağan olunan vahid siyahı yoxdur. Lakin bəzi qidalar əksər xəstələrdə şikayətləri artırdığı üçün adətən uzaq durmaq tövsiyə olunur:
Acılı və ədviyyatlı qidalar
Çox isti və çox soyuq içkilər
Alkoqol
Qəhvə
Turşular və sirkə
Acılı və çox tomatlı yeməklər
Ümumiyyətlə uzaq durulmalı qidalar:
Çox yağlı və qızartmalar
Alkoqol və kafeinli içkilər
Qazlı içkilər
Turş meyvələr (bəzilərində portağal, limon, pomidor)
Emal olunmuş qidalar
Çox yüksək dozada C vitamini
Mayonez və ağır souslar
Daha yaxşı qəbul olunan qidalar:
Qaynadılmış və buğda bişirilmiş yeməklər
Az yağlı toyuq və balıq
Banan, kartof, düyü
Yulaf və yoqurt
Təbii üsullar və bitki çayları
Çobanyastığı: iltihabı azalda bilər
Zəncəfil: ürəkbulanmanı azaldır
Rezene: köpü azaldır
Nanə: bəzi insanlarda reflünü artırır
Probiyotiklər (yoqurt, kefir və s.) elmi olaraq daha güclü dəstək üsulu hesab olunur.
Leyla
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью