Azvision saytından alınan məlumata görə, Icma.az bildirir. Bu fikirləri Dövlət Turizm Agentliyinin qastroturizm bölümünün rəhbəri Səkinə Əsg
O, təkcə əcnəbi turistlər üçün deyil, yerli turistlər üçün də qastronomiya sahəsində tanıtım tədbirlərinin həyata keçirildiyini deyib: "Növb
Onun sözlərinə görə, milli qastronomiyaya elmi yanaşma istiqamətində Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq planlaşdırılır.
Bu yanaşma təkcə “Millidadlar.az” portalı ilə məhdudlaşmır – portal çərçivəsində Azərbaycan qastronomiyasının tarixi köklərinə həsr olunmuş ayrıca bölmə də hazırlanacaq.
"Azərbaycan qastronomiyasının qlobal miqyasda brendləşməsi istiqamətində atılacaq addımlar çərçivəsində yerli səviyyədə keçirilən yarışların regional səviyyəyə qaldırılması, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur" deyən Səkinə Əsgərova bildirib ki, qastronomiya sahəsinin tanınmış liderlərinin regionlara səfərlərinin təşkili, şərabçılıq və üzümçülük sahəsində festivalların və dəyirmi masaların keçirilməsi də planlaşdırılır: "Həmçinin beynəlxalq tədbirlərdə milli mətbəxin konseptual şəkildə tanıdılması və dünyanın aparıcı qastronomiya media platformalarında xüsusi vizual və məzmun yönümlü təbliğat materiallarının yayımı da gündəmdədir", - deyə S.Əsgərova diqqətə çatdırıb.
O əlavə edib ki, beynəlxalq qastronomiya təşkilatları ilə birgə ölkə üzrə biomüxtəliflik nümunələrinin tədqiqi və qastronomiya üzrə beynəlxalq əmtəə nişanlı turizm məhsullarının yaradılması planlaşdırılır.
AzVision.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.