Azertag saytına istinadən Icma.az xəbər verir.
Qədim hamamları, ovdanları, su quyuları, pirləri ilə Xəzər dənizinin sahilində yerləşən kənddəyik. İstər yerli, istərsə də xarici turistlərin yay aylarında istirahət üçün seçdikləri bu məkan Pirşağı kəndidir. İstiqamətimiz 1970-ci ildən Bakının bir çox kənd və qəsəbələrindən Pirşağıya gəlmək üçün ayrılmış Pirşağı stansiyasınadır.