Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Argentinanın paytaxtı Buenos Ayresdə şəhərətrafı qatarın relsdən çıxması nəticəsində ən azı 19 nəfər xəsarət alıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Buenos Ayres Təcili Tibbi Yardım Sisteminin rəhbəri Alberto Kresenti məlumat verib.
Onun sözlərinə görə, 9 yaralı xəstəxanaya yerləşdirilib, 10 nəfərə isə yerindəcə tibbi yardım göstərilib: "Yaralıların heç biri ciddi xəsarət almayıb".
"Hadisənin başvermə səbəbləri müvafiq ekspertizalar aparıldıqdan sonra müəyyən ediləcək", - deyə "Trenes Argentinos" şirkətdən bildirilib.