Qatar relsdən çıxdı: Ölənlər var

19.08.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Cənubi Koreyada qatarın relsdən çıxması nəticəsində 2 işçi ölüb, 4 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Cənubi Koreyanın Çonqdo bölgəsində qatarın relsdən çıxması və yoxlama aparan işçiləri vurması nəticəsində iki işçinin öldüyü, dörd nəfərin isə yaralandığı bildirilir.

89 sərnişinin olduğu qatarda xəsarət alan olmayıb.

“Yonhap” agentliyinin məlumatına görə, yerli vaxtla səhər saat 10:50-də Çeonqdoda sərnişin qatarı relsdən çıxıb və güclü yağışdan sonra ərazidə yoxlama aparan işçiləri vurub.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
Nigar Hacılı 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью