Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Kürdəmirdə dəmir yolu kənarında kişi meyitinin aşkarlanması ilə bağlı rəsmi məlumat yayılıb.
"Yeni Sabah" xəbər verir ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti dəmir yolu kənarında kişi meyiti aşkarlayıb.
Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır. pizza mizza
Daha əvvəl Kürdəmir rayonunun 1976-cı il təvəllüdlü Təklə kənd sakini Vüqar Şahverdiyevin meyitinin aşkarlanması barədə məlumat yayılıb.