Qatar yenə gecikdi: “Səbəb sərnişin çoxluğudur” RƏSMİ

04.12.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün saat 12:00 radələrində Bakı metropolitenində qatar “20 Yanvar” stansiyasından “Dərnəgül” istiqamətində 10 dəqiqə gecikib.

Məsələ ilə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, qatarların gecikməsinə səbəb sərnişin sıxlığı olub: 

“Həzi Aslanov” stansiyasından üzü ”Dərnəgül istiqamətində doğru hərəkət edən qatar Koroğlu və “Qara Qarayev” stansiyanda sərnişin sıxlığından dolayı hər birində 1 dəqiqə yubanıb. Həmçinin arxadan gələn qatarlar toqquşma olmasın deyə tuneldə dayanmalı olub. Bu səbəbdən də qatar mövcüd qrafikindən 10 dəqiqə gecikib. Qeyd etdiyim kimi, qatarların gecikməsinə səbəb texniki nasazlıqdan deyil, sərnişin sıxlığından dolayı baş verib”. 

Həsən Məmmədov 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью