Qatara görə işə gecikirsinizsə, arayış ala bilərsiniz

16.10.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Əgər vətəndaş qatarın gecikməsi səbəbindən işə gecikibsə, bu zaman vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış əldə edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd edilib ki, bu qayda ADY-də həmişə olub. Texniki nasazlıq, hava şəraiti və eləcə də fövqəladə vəziyyətlər zamanı gecikmələr baş verə bilər. Bu halda qurumdan arayış almaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью