Qatarda qabırğasını sındırdı

26.10.2026

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyalı reper Quf (əsl adı Aleksey Dolmatov) Voronejdəki konsertindən sonra qatarda yatarkən yuxarı çarpayıdan yıxılıb və qabırğasını sındırıb.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşım edib. O, öz çamadanımın üstünə yıxılaraq səkkizinci qabırğasını sındırdığını bildirib.

Quf sınığın səbəbinin orqanizmindəki kalsium çatışmazlığı ilə əlaqəli ola biləcəyini ehtimal edib.

Qeyd edək ki, reper oktyabrın 24-də vida turu çərçivəsində Voronejdə konsert verib. Onun Perm, Kemerovo və Həştərxanda da çıxışları planlaşdırılıb. Hələlik səhhəti ilə əlaqədar konsertlərin təxirə salındığı barədə məlumat yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью