Qatarı qaçırmağa cəhd edən şəxs saxlanılıb

27.01.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Avstriyada Sankt-Valentin şəhərinin dəmiryol vağzalında qatarı qaçırmağa cəhd edən Rumıniya vətəndaşı saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə OE24 telekanalı məlumat yayıb.

Bildirilib ki, 37 yaşlı kişi çəkiclə lokomotivin pəncərəsini qırıb və sürücü kabinəsinə daxil olub. Daha sonra o, lokomitivi işə salmağa çalışıb, lakin bunu necə edəcəyini bilməyib.

Saxlanıldığı zaman o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib, nəticədə iki əməkdaş xəsarət alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью