Qatarın altına düşüb ölən tələbə şəhid qardaşı imiş KONKRET

09.01.2025

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yanvarın 7-də Bakı Metropoliteninin “Ulduz” stansiyasında özünü qatarın altına atan gənc vəfat edib.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Aslanov Saməddin Sakit oğlu açıq kəllə-beyin travması ilə daxil olduğu Sabunçu Tibb Mərkəzində ötən gecə dünyasını dəyişib.

Bildirilir ki, həyatını sonlandıran gənc 1-ci kurs tələbəsidir.

Şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev bildirib ki, Saməddin Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır. O, bu addımından əvvəl sosial şəbəkədə anons verib və ağır psixoloji vəziyyətdə olduğunu, hərəkətinə görə heç kimin günahkar olmadığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью