Qatarın üzərinə çıxan gənc körpüyə çırpılaraq dünyasını dəyişib

04.11.2024

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avstriyada qatara çıxan 17 yaşlı yeniyetmə körpüyə çırpılaraq ölüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 13-18 yaşlı 4 gəncin qatara çıxaraq video çəkmək cəhdi fəlakətlə nəticələnib.

Onların qatarın üstünə çıxaraq video çəkmək istəyib və bu da faciə ilə nəticələnib.

Hadisə oktyabrın 29-da paytaxt Vyanada Şönbrunn stansiyası yaxınlığında baş verib.

Belə ki, hərəkətdə olan qatarda hərəkət edən gənclərdən ikisi qatar piyada körpüsünə yaxınlaşan kimi ayağa qalxıb.

Gənclərdən biri körpü ilə üzbəüz dayanan dostlarına “aşağı, aşağı” qışqıraraq xəbərdarlıq etməyə çalışsa da, onların birinin körpüyə çırpılmasının qarşısını ala bilməyib.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью