Icma.az, Axar.az saytına istinadən bildirir.
Goranboy rayonunda yeniyetmə elektrik cərəyanı vurması nəticəsində ölüb.
Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində, dəmiryol vağzalında baş verib.
İlkin ehtimala görə, qatarın üzərinə çıxan 2014-cü il təvəllüdlü S. Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.