Qatarla Ağstafa istiqamətində gedəcək sərnişinlərə ŞAD XƏBƏR

02.07.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyulun 6-31-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

Moderator.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Məlumata əsasən, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.

Qeyd edilib ki, sözügedən reyslərə biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz. Bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью