Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Almaniya kansleri Fridrix Merz Kiyevə gedərək Ukraynaya əlavə hərbi və maliyyə dəstəyi vəd edib.
"Cebheinfo.az" xəbər verir ki, bura minlərlə tutucu dronların çatdırılması və uzunmənzilli silahların istehsalının sürətləndirilməsi daxildir.
Merz bazar günü qatarla Ukrayna paytaxtına gedib. "Rusiya dayandırılmasa, onun hərbi maşını gec-tez bizə qarşı çıxacaq", - deyə kansler bildirib.
Onu Kiyevə iqtisadiyyat naziri Ketrin Reyx və müdafiə və enerji sektorlarından olan on alman biznes nümayəndəsi müşayiət edir.
Hökumət mənbələrinin məlumatına görə, Merz səfəri zamanı Almaniyanın Ukraynaya qarşı yeni maliyyə və hərbi öhdəliklərini elan etmək niyyətindədir. Xüsusilə, Berlin Ukraynaya pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq və uzunmənzilli silahların istehsalını sürətləndirmək üçün hazırlanmış minlərlə tutucu dron tədarük etməyi planlaşdırır.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin