Qatarlar 28 May stansiyasında dayanmayacaq Proses necə tənzimlənəcək?

02.02.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

200 m tunelin inşası zamanı "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılması nəzərdə tutulub.

Avtosfer.az xəbər verir ki, bu barədə “Baku.ws”in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, bu zaman sərnişinlərin yerüstü ictimai nəqliyyatdan istifadəsi zəruri olacaq:

"Lakin Yaşıl xətt üzrə qatarlar "Dərnəgül-Nizami" istiqamətində hərəkət edəcək. Xətlər ayrıldıqdan sonra Yaşıl xətt üzrə "Dərnəgül-Xətai" istiqamətində müstəqil hərəkət təşkil olunacaq. Sərnişinlər Yaşıl və Qırmızı xətlər arasında "28 May" və "Cəfər Cabbarlı" stansiyalarında keçid edəcəklər".

Qeyd olunub ki, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, xətlərin ayrılması layihəsi mərhələli şəkildə icra olunur. Layihənin icrası dövründə "28 May" stansiyasında hərəkət məhdudlaşdırılmayacaq. Belə ki, Qırmızı xətdə ("İçərişəhər-Həzi Aslanov"), o cümlədən bu xəttin stansiyası kimi "28 May" stansiyasında hər iki istiqamətdə qatarların hərəkətində heç bir məhdudiyyət nəzərdə tutulmur.

Oxunub 24

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью