Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son zamanlar Bakı Metropolitenində qatarların hərəkətində baş verən texniki nasazlıqlar bəzi xətlər üzrə intervalın uzanmasına səbəb olur.
Nəticədə sərnişin axınının sıx olduğu saatlarda platformalarda və vaqonlarda yüklənmə müşahidə edilir. Yaranan texniki problemlər sərnişinlərin gündəlik gediş-gəlişində ciddi çətinliklər yaradır.
Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı bildirib ki, hazırda metroda genişmiqyaslı yenidənqurma işləri aparılır:
"Hazırda metroda genişmiqyaslı yenidənqurma işləri aparılır. Yeni stansiya və depoların tikintisi davam edir. Eyni zamanda qatarlar arasındakı intervalın azaldılması məqsədilə bəzi texniki reqlamentlərdə dəyişikliklər edilir ki, sərnişinlər bir nöqtədən digərinə vaxtında çata bilsinlər. Buna görə də sözügedən nasazlıqlar texniki səbəblərlə bağlı ola bilər”./azxeber.com
Oxunub 58