Qatarlar həmin tarixdə iş günü qrafiki ilə fəaliyyət göstərəcək

24.01.2025

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

ADY-nin şəhərətrafı qatarları 29 yanvarda iş günü qrafiki üzrə fəaliyyət göstərəcək.

Publika.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Qeyd edilib ki, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycanda qeyri-iş günü elan olunub:

“Vətəndaşların həmin gün rahat hərəkətinin təmin edilməsi üçün Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkəti iş günlərinin cədvəlinə uyğun davam edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью