Qatarlar “Montin”də niyə dayanmır? Video

02.02.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Xeyli müddətdir ki, Bakı-Sumqayıt elektrik qatarı keçmiş “Montin”, indiki “Nəriman Nərimanov” dəmiryol stansiyasından keçsə də, burada dayanmır. 

“Qafqazinfo” ATV-yə istinadən xəbər verir ki, qatarların bu stansiyasında dayanmaması sərnişinlərin işini xeyli çətinləşdirib.

Onlar digər qəsəbə və şəhərlərə getmək üçün Bakı Dəmiryol Vağzalına üz tuturlar.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə potensial sərnişin tələbatı daha çox olan yerlərdə dayanacaq verilir. Qatarların Nərimanov stansiyasında da dayanması nəzərdə tutulub:

“Nərimanov” stansiyasında qatarlara dayanacaq verilməməsi bu stansiya ilə Bakı Dəmiryol Vağzalı arasında məsafənin qısalığı, eləcə də tələbatın yüksək olmaması ilə əlaqədardır. Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramına əsasən, 2030-cu ilədək həm mövcud xətlərdə yeni dayanacaqların yaradılması, həm də mövcud stansiyaların bəzilərində, o cümlədən “Nərimanov” stansiyasında qatarlara dayanacaq verilməsi planlaşdırılır”. 

Ətraflı videomaterialda:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью