Qatarlar tezliklə Bakıdan Tbilisiyə sərnişin də daşıyacaq | Icma.az
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
May ayından reyslərin bərpa edilməsi müzakirə olunub Gürcüstanla Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir.
Ölkələrimiz arasında həyata keçirilən enerji və nəqliyyat layihələri həm regional, həm də qlobal əhəmiyyət daşıyır.
Eyni zamanda, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və turizmin inkişafı üçün də böyük potensial var.
Tam əminliklə deyə bilərik ki, Azərbaycanla Gürcüstan arasında regional əməkdaşlığın əsl nümunəsi ola biləcək qarşılıqlı faydalı fəaliyyət həyata keçirilir.
Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin Tbilisidə işgüzar səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşü də bu məqsədə xidmət edib.
Görüş zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini, əsas istiqamətləri və gələcək prioritetləri, həmçinin həyata keçirilən layihələri müzakirə ediblər.
Bildirilib ki, bu, ölkələrə daha çox əlavə dəyər yaratmağa imkan verəcək.
Tam oxu
Xəbəri oxu