Qatarlar toqquşdu, onlarla insan xəsarət ALDI

20.11.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çexiyanın Zlivi-Divçitse dəmir yolu xəttində, Çeske-Budeyovitse yaxınlığında ekspress qatarla sərnişin qatarı üz-üzə toqquşub.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində dörd nəfər ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Cənubi Bohemiya xilasedici xidmətinin rəhbəri Yakub Yan Haek bildirib ki, ümumilikdə dörd sərnişin ağır, doqquz nəfər isə orta dərəcəli xəsarət alıb:

“Ən çox görülən xəsarətlər ətrafların zədələnməsi, daxili orqanların travmaları və kəllə-beyin xəsarətləri olub”, - deyə o qeyd edib.

Xilasedicilər ümumilikdə 47 nəfərə yardım göstəriblər. Hadisə baş verən xətt üzrə qatarların hərəkəti dayandırılıb. İlkin araşdırmaya əsasən, ekspress qatar qadağanedici qırmızı işıqdan keçib. Polis səhlənkarlıq nəticəsində ictimai təhlükəli əməl törətmək maddəsi ilə cinayət işi açıb.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью