Qatarlarda ödənişlə bağlı YENİLİK

26.09.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Abşeron dairəvi dəmiryolu marşrutu üzrə yerləşən stansiyalardakı turniketlərdən SİMA-Pay üz tanıma vasitəsilə ödəniş edərək keçid prosesi sınaq mərhələsindədir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Bəxtiyar Hacıyev deyib.

Onun sözlərinə görə, proses yekunlaşdıqdan sonra vətəndaşlar tuniketlərdən SİMA-Pay üz tanıma vasitə ilə ödənişlərini edib keçə biləcəklər:

“Məqsəd pik saatlarda 1-2 saniyə ərzində vətəndaşların turniketlərdən keçidini təmin etməkdir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью