Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Yeni tədris ilinin ilk günündə Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarlarda rekord sayda sərnişin səfəri qeydə alınıb.
“Cebheinfo.az” xəbər verir ki, sentyabrın 15-də Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə 52 minə yaxın sərnişin mənzil başına çatdırılıb.
Ötən ilin eyni günündə bu marşrutlar üzrə 42 mindən çox sərnişin daşınıb. Beləliklə, sərnişin sayı ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 23,3 faiz artıb.
Yeni hərəkət cədvəlinə əsasən, sentyabrın 15-dən reyslərin sayı 90-dan 96-ya artırılıb.
Nigar
“Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin