Qatarların gecikməsi ilə bağlı rəsmi AÇIQLAMA GÖRÜNTÜLƏR YENİLƏNİB

20.11.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qırmızı xətdə qatarların hərəkətinin tənzimlənmə qurğusunda qısamüddətli texniki xəta baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Metropolitenindən bildirilib.

Qeyd edilib ki, bu səbəbdən hərəkət təhlükəsizliyini təmin edən mühafizə sistemi işə düşüb və qatarların hərəkəti ehtiyat sistem vasitəsilə tənzimlənib.

"Nəticədə yalnız Qırmızı xətdə qatarların hərəkətində yubanmalar yaranıb. Yaşıl və Bənövşəyi xətlərdə isə qatarlar normal qrafik üzrə hərəkətini davam etdirib.

Dərhal texniki baxış keçirilib, xəta müəyyən edilərək 5 dəqiqə ərzində operativ şəkildə aradan qaldırılıb. Hazırda Qırmızı xətdə qatarların hərəkəti pik saat intervalına uyğun təmin edilir", - məlumatda deyilir.

***

Bakı metropolitenində qatarların hərəkətində gecikmə müşahidə olunur.

Redaktor.az xəbər verir ki, “Qafqazinfo”ya bu barədə sərnişinlər məlumat verib.

Qatarların gecikməsi sıxlığa səbəb olub.

Gecikmənin səbəbi ilə bağlı məlumat hələ ki, yoxdur.

Metronun “28 May”​stansiyasından çəkilmiş görüntüləri təqdim edirik:




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью