Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Hazırda ölkə ərazisində qarlı hava şəraiti müşahidə olunur. Havanın qeyri-sabit keçməsi qatarların hərəkətində dəyişiklik olub-olmaması sualını gündəmə gətirib.
Milli.Az məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC ilə əlaqə saxlayıb.
Qurumdan verilən məlumata görə, qatarlar qrafik üzrə hərəkətini davam etdirir.
Mina Mikayılova
Milli.Az