Qatıq, çuğundur qarışımı ilə arıqlama Sirli resept

15.04.2026

Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Son vaxtlar sosial şəbəkələrdə çox danışılan bir qarışım - qatıq çuğundurun arıqlama təsiri varmı? Bəziləri deyir ki, bu qarışım sürətli arıqladır, qarını yığır, bədəni təmizləyir.

Medicina.az bu qarışımın faydalarını araşdırıb:

Qatıq zülalla zəngindir, bağırsaq florasını yaxşılaşdırır, toxluq hissi yaradır.

Çuğundur liflə zəngindir, həzmi sürətləndirir, bədəndən artıq mayenin çıxmasına kömək edir.

Beləlikə, ikisi birlikdə həzmi dəstəkləyir, şişkinliyi azalda bilər, daha az yeməyə səbəb ola bilər.

Resept isə belədir:

Tərkibi:

1 ədəd yarı qaynadılmış çuğundur

1 stəkan qatıq

istəyə görə: sarımsaq

Hazırlanması:

çuğunduru rəndələ, qatıqla qarışdır, az duz əlavə et.

- kalorini azaldır

- gecə ağır yeməyi əvəz edir

həzmi yaxşılaşdırır.

Bəzi mədə, bağırsaq, öd problemi olanlar, diqqətli olsun.

Aygün Musayeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью